reklam
Sportfm.az xəbər saytı

"Futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı" -Ramin Quliyev


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev AÇ-nin seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib. 

Sportfm.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətdən sonra bunları söyləyib: 

“Çexiya yığmasının qrupun aşkar favoriti olması hamıya məlumdur. İlk oyunda meydan sahibi Albaniya yığmasını böyük hesabla məğlub etmişdilər. Norveç yığması ilə oyundakı məğlubiyyət futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı. Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı. Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə demək olar ki, oyun qurmağa imkan vermədik. Çexiya yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq təəssüf ki, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. Çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək”.

 

Oxşar xəbərlər

"Bu cür səhvləri bağışlamırlar" - Milan Obradoviç
"Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi" - Vüqar Məmməd
Ramin Quliyev: "Çalışacağıq ki, finalda da keyfiyyətli oyun sərgiləyək"
"Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi" - Ramin Quliyev
Rəşad Sadıqov məğlubiyyəti şərh etdi: Təəssüf ki...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər