reklam
Ramin Quliyev:
Sportfm.az xəbər saytı

Ramin Quliyev: "Çalışacağıq ki, finalda da keyfiyyətli oyun sərgiləyək"


"Qazaxıstan yığmasını yaxşı təhlil etmişdik. Yaxşı oyunçulardan ibarət komanda formalaşdırıblar".

Sportfm.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev Qazaxıstanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib: 

“Ağır oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Finala vəsiqə qazanmaq üçün bizə heç-heçə də bəs edirdi. Rəqibin meydan sahibi olduğunu nəzərə alsaq, uşaqlarda əlavə təzyiq var idi. Uşaqlar ilk dəqiqələrdən qələbə qazanmaq üçün meydana çıxdıqlarını rəqibə hiss etdirdilər. Birinci hissədə daha üstün oynasaq da, şanssızlıqdan qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar xarakter nümayiş etdirərək, ikinci hissəni də yüksək tempdə keçirdilər. Yekunda lazım olan qolu vurmağı bacardıq". 

Quliyev final barədə də danışıb: 

"İşimizin çox olduğunu unutmamalıyıq. Qol epizodlarından istifadə etmək üzərində və müdafiə fazasında daha da etibarlı oyun göstərmək üçün çalışmalıyıq. Qarşıda bizi final oyunu gözləyir, uşaqların tez bir zamanda bərpa olmalarına çalışırıq. Rəqibi analiz edəcəyik. Çalışacağıq ki, finalda da keyfiyyətli oyun sərgiləyək".

Oxşar xəbərlər

"Futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı" - Ramin Quliyev
Ramin Quliyev: "Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur"
"Oyunları izləyirik, çalışırıq bütün oyunçuları nəzərimizdə saxlayaq" - Ramin Quliyev
"Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi" - Ramin Quliyev
“Oyunlar komandadakı çatışmazlıqları görmək imkanı yaratdı” - Ramin Quliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər