"Zirə" 100-cü matçını keçirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu “Zirə” üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduğu qarşılaşma qəsəbə təmsilçisinin Premyer Liqada 100-cü matçına təsadüf edib.
Azərbaycan çempionatının yüksək dəstəsində 2015/2016 mövsümündə debüt edən komanda indiyədək 40 dəfə meydanı 3 xalla tərk edib. “Zirə” bu görüşlərdə 29 dəfə heç-heçə edib və 31 oyunda uduzub. Rəqib qapılarından 110 top keçirən kollektiv 98 qol buraxıb.
2015/2016 mövsümündə 36, 2016/2017 və 2017/2018 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınayıb. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.
100 görüşdən 50-ni doğma meydanda keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda topların nisbəti 43:47-dir.
Evdəki 50 oyunda isə 26 qələbəsi olan qəsəbə klubu 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri qapısında 51 top görüb.
Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |