Matçda dava düşdü, 2 futbolçu xəstəxanalıq oldu -FOTO
İki futbolçunun xəstəxanalıq olduğu oyunda, 9 qırmızı vərəqə göstərilib.
Sportfm.az xəbər verir ki, hadisə Türkiyənin həvəskar futbol liqasında baş verib. Şanlıurfa şəhərindəki qarşılaşmada iki yerli komanda üz-üzə gəlib. "Bağmancıspor" ilə "Eyyübiye Belediyespor" arasında "Yenice" stadionunda oynanan görüşdə oyunçular bir-biri ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib. Baş hakim Ali Cengizin idarə etdiyi matçda hesab 2-0 "Eyyübiye Belediyespor"un xeyrinə olarkən, ilk hissənin sonunda hər iki komandanın heyətində bir futbolçu qırmızı vərəqə alıb. Yaşıl meydançanı tərk edən oyunçular soyunub-geyinmə otağına yollana zaman dalaşmağa başlayıb. Hadisəyə digər futbolçular da müdaxilə edib. İşə polislər qarışmalı olub. Dava sonrası iki nəfər yaralı futbolçu xəstəxanalıq olub. Olayla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Futbol matçında kütləvi dava - VİDEO
Futbolçular arasında dava düşdü
Maradona yenə xəstəxanalıq oldu
Region Liqasında kütləvi dava - "Şəki" komandasının futbolçusu xəstəxanalıq oldu - VİDEO
Antalyada azərbaycanlı hakimlərin idarə etdikləri oyunda kütləvi dava
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası