reklam
Dünya çempionatının seçmə oyununda kütləvi dava -
Sportfm.az xəbər saytı

Dünya çempionatının seçmə oyununda kütləvi dava -VİDEO


Filippin və Avstraliyanın basketbol yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyununda kütləvi dava baş verib.

Sportfm.az xəbər verir ki, insident üçüncü hissədə avstraliyalı Deniel Kikkertin rəqibə zərbəsindən sonra yaşanıb. Nəticədə iki komandanın oyunçu və məşqçi heyəti toqquşmada iştirak edib. Münaqişənin səbəbkarı daha çox xəsarət alıb. Kikkerti hətta yerə uzanıqlı vəziyyətdə də döyüblər. Avstraliyalı basketbolçu davanın qarşısını almağa cəhd etdikdə onun başına stul atıblar.

Kütləvi toqquşma ilə əlaqədar meydandan 13 basketbolçu qovulub. Bundan sonra meydanda Filippin yığmasının 3, Avstraliyanın isə 5 basketbolçusu qalıb. Bir neçə dəqiqə sonra daha 2 filippinli meydandan qovulub və oyunu Avstraliya 89:53 hesabı ilə öndə olduğu vaxt dayandırmaq lazım gəlib. (report)

Oxşar xəbərlər

Azərbaycan komandalarının oyununda kütləvi dava düşdü - FOTO
Futbolçular arasında kütləvi dava düşdü - Azərbaycan çempionatında
Region Liqasında kütləvi dava - "Şəki" komandasının futbolçusu xəstəxanalıq oldu - VİDEO
Hakim 9 futbolçunu meydandan qovdu! - FOTO
Hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşdü - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər