"Qarabağ" Avropa Liqasının qrup mərhələsində
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib. Sportfm.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparıb. Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib. Matça əla başlayan Qurban Qurbanovun yetirmələri ardıcıl hücumlarla qol axtarışına çıxıblar. Oyunun əvvələrində bir neçə epizod boşa verilsə də, nəhayət 20 dəqiqənin tamamın bir dəqiqə qalmış təmsilçimiz istəyinə çatıb. Çoxsaylı künc zərbələrindən birini Azərbaycansayağı yerinə yetirən ağdamlıların heyətində Rəşad Sadıqovun son zərbəsi dəqiq olub.
Bu qoldan 6 dəqiqə sonra Reynaldo, Dani, Muarem kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb. İlk hissə bu hesabla başa çatıb. İkinci hissəyə də komandamız qolla başlayıb. Bu dəfə Muaremin ötürməsini Dani əlverişli istifadə edib - 3:0. Oyunun sonuna qədər başqa qol olmayıb və "Qarabağ" səfərdəki məğlubiyyətin revanşında möhtəşəm qələbə qazaardıcıl 3-cü dəfə Avroliqanın qrup mərhələsində çıxış etməyə haqq qazanıb.
Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust
"Qarabağ” – "Höteborq” (İsveç) - 3:0
Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani 51
Baş hakim: Vladislav Bezborodov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)
Bakı. T. Bəhramov adına Respublika stadionu
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov
"Höteborq”: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir
Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström
Baş məşqçi: Yörgen Lenartsson
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |