reklam
Çempionlar Liqası: “Qarabağ”dan qələbə - VİDEO
Sportfm.az xəbər saytı

Çempionlar Liqası: “Qarabağ”dan qələbə - VİDEO


 
Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirib. Rəqib Lüksemburq çempionu "Düdelanj" olub. Oyuna fəal başlayan ağdamlılar ilk dəqiqələrdən irəli atılıblar. Əvvəlcə Daninin cərimə meydançasına qədər gətirdiyi topa Muarrem zərbə endirsə də, top az fərqlə qapının üstündən keçib.
 
Bir neçə dəqiqə sonra isə çempionumuz hesabı açıb. 10-cu dəqiqədə sürətlə cərimə meydançasına şığıyan Riçard Almeydayanı rəqib müdafiəçilər kobudluqla dayandırıblar. Zərərçəkmiş özü penalti zərbəsini dəqiq yerinə yetirib. Qoldan 17 dəqiqə sonra Almeyda yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Daninin sağ cinahdan ötürməsini yaxşı saxlayan braziliyalı qapıya qarşısıalınmaz zərbə endirib. İlk hissədə daha bir neçə epizod olsa da, hesab dəyişməyib. İkinci hissə gözlənilənin əksinə olaraq çox sönük keçib. Ona lazım olan hesabı qaznanan ağdamlılar hücum etməkdə o qədər də maraqlı olmayıblar. Rəqibin isə təmsilçimizə təzyiq etməyə sadəcə gücü çatmayıb.
 
Matçda başqa qol olmayınca, oyun elə bu hesabla da başa çatıb.
 
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
12 iyul
 
"Qarabağ” (Azərbaycan) – "Düdelanj” (Lüksemburq) - 2:0
Qollar: Almeyda, 10 (pen.), 28
 

Baş hakim: Orel Qrinfild
Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev
Baş məşqçi: Qurban Qurbanov
 
"Düdelanj”: 1. Hubert, 5. Şnell, 8. Pokar, 9. Da Mota, 19. Dikaba, 21. Ştolz, 25. Nakaçe, 26. Prempe, 27. Melisse, 29. Malget, 77. Turpel
Ehtiyat oyunçular: 33. Frizinq, 2. Moreyra, 7. İbrahimoviç, 10. Benayba, 22. Stelvio Da Kruz, 30. Laurentie, 99. Ndaye
Baş məşqçi: Dino Topmöller

Oxşar xəbərlər

"Qarabağ" bir oyunda uddu, digərində uduzdu
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Çempionlar Liqasında mübarizəsini dayandırdı - VİDEO
Çempionlar Liqası: "Qarabağ" səfərdə heç-heçə etdi - VİDEO
Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər