reklam
Sportfm.az xəbər saytı

"Formula-1" başqa çempionatla birləşdirilə bilər


Gələcəkdə "Formula-1" və "Formula-E" çempionatları vahid seriyada birləşə bilər.

Sportfm.az xəbər verir ki, bunu 2016-cı ilin "Formula-1" çempionu Niko Rosberq bildirib: 

"Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz "Formula-E" yarışlarının "Formula-1"dən məşhur olacağını görməyək. "Formula-1"in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək.

"Formula-1" üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda "Formula-1" üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur".

Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə "Formula-1"də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra "Formula-E" çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.

Oxşar xəbərlər

Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Formula 1 Afrikada keçiriləcək - 2023-cü ildə
Qran-pridə ikinci gün başlayır - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
Formula 1-in Azərbaycana gətirdiyi gəlir açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər