reklam
Mahir Mədətov fitə basılmasından danışdı: Mənə təhqirlər davam edirsə...
Sportfm.az xəbər saytı

Mahir Mədətov fitə basılmasından danışdı: Mənə təhqirlər davam edirsə...


"İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm".

Sportfm.az xəbər verir ki, bunu açıqlamasında "Qarabağ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.

Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib:

"Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq”.

"Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur” deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb:

"Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram".

Mahir Mədətov "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.(report.az)

Oxşar xəbərlər

"Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz"
"Bu vaxtlarda futbolçuya belə şeyləri xəbər etmirlər" - Mahir Mədətov getmək istəmir?
"Qarabağ"ın futbolçusu imza payladı - FOTO
Mahir Mədətov Bundesliqaya gedir? - Özü açıqladı
Mahir Mədətov Türkiyəyə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər