reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın futbolçusu imza payladı -FOTO


UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Azərbaycan paytaxtında keçirilməsi ilə əlaqədar Bakıda açılan "Avropa Liqası Muzeyi"ndə növbəti imza günü təşkil edilib.

Sportfm.az xəbər verir ki, muzeyin budəfəki qonağı Azərbaycan milli komandasının və "Qarabağ" klubunun hücumçusu Mahir Mədətov olub.

Muzeyin ziyarətçiləri və futbolsevərlər futbolçu ilə fotoşəkillər çəkdirib, onun imzasını alıblar.

"Avropa Liqası Muzeyi" ilə tanış olan M.Mədətov doğma klubunun azarkeşləri ilə də görüşüb.

Qeyd edək ki, Mahir Mədətov Ağdam klubunun heyətində 80 oyunda keçirib və 19 dəfə meydanı qol vuraraq tərk edib. Həmçinin Mahir "Qarabağ" klubunun heyətində Azərbaycan çempionu adını qazanıb.

Oxşar xəbərlər

U-11 Liqasının iştirakçıları "Avropa Liqası muzeyi"ndə - FOTO
Milli üzvləri imza paylayacaq
Milan "İnter"inin sabiq ulduzu Bakıya gəlir
TPL-də ilk dubl, iki yubiley
Mahir Mədətov Türkiyəyə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər