reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" UEFA-nın nəzarətində


Türkiyənin "Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb.

Sportfm.az xəbər verir ki, bu, klub tərəfindən maliyyə "fair-pley"i qaydalarının pozulma ehtimalları ilə bağlıdır. Avropa futbol qurumunun "sarı-qırmızılar"ı yenidən hərətərəfli təftiş edəcəyi bildirilir. Çempionlar Liqası və Avropa Liqası iştirakçılarının futbolla bağlı itkisiz biznesə can atmalarının vacibliyi vurğulanır.

"Qalatasaray" hələ iyunda "fair-pley" qaydasını pozduğu üçün sanksiyaya məruz qalıb. Türkiyə təmsilçisinin qarşısına 2021-2022 mövsümünədək monitorinq dövründə tam itkisiz vəziyyətə çatması tələbi qoyulub. İstanbul komandasının bu dövrdə avrokuboklar üçün iştirak ərizəsi məhdudlaşdırılıb. Bundan başqa klub, 15 milyon avro cərimə ödəməlidir ki, bunun 9 milyon avrosu şərtidir.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Portuqaliyanın "Portu", Rusiyanın "Lokomotiv" və Almaniyanın "Şalke" klubları ilə eyni qrupda yer alıb.

Oxşar xəbərlər

"Beşiktaş" və "Qalatasaray" cərimələndi - UEFA
UEFA "Qalatasaray"a pul ödədi
"Qalatasaray"ın prezidenti: "Azərbaycanda final oynayacağıq"
UEFA "Qalatasaray"ın cəzasını açıqladı
"Qalatasaray" UEFA-ya müraciət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər