Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqa: Mövsümün ilk avtoqolu
Azərbaycan Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb. Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, "Qarabağ” - "Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı. Bu, ölkə çempionatları tarixində "Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, "Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə "Qarabağ” hamıdan öndədir. "Neftçi” 16, "Bakı” 15 dəfə belə halla üzləşib.
Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.
Oxşar xəbərlər
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Premyer Liqanın debütantından bir ilk
Ənənə pozulmadı: yenə braziliyalı
Azərbaycan çempionatlarında ikinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası