reklam
Yığmamız Türkiyə ilə qüvvəsini sınayacaq
Sportfm.az xəbər saytı

Yığmamız Türkiyə ilə qüvvəsini sınayacaq


19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə start verir.

Sportfm.az saytı xəbər verir ki, yığmamız bu gün seçmə mərhələdə ilk oyununu keçirəcək.

Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Türkiyənin Antalya şəhərində qüvvəsini sınayacaq. 2-ci qrupda yer alan yığmamız ilk matçda meydan sahibləri ilə görüşəcək.

Arslan Zeki Demirçi Spor Kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə ilə eyni qrupda İsveçrə ilə Kipr də mübarizə aparır.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

II qrup, I tur

3 oktyabr

 

17:30. Azərbaycan (U-19) – Türkiyə (U-19)

Hakimlər: Frida Nilsen, Line-Mariya Rasmussen (hər ikisi Danimarka), Ella De Vri, Lua Otte (hər ikisi Belçika)

Antalya. Arslan Zeki Demirçi Spor Kompleksi

Oxşar xəbərlər

Yığmamız Latviya önündə nə edəcək? - Avropa çempionatı
Yığmamız Kiprlə qarşılaşacaq - Avropa çempionatı
Yığmamızın oyunlarının vaxtı açıqlandı
Qızlarımız nə vaxt meydana çıxacaq? - Yığmalarımızın oyunlarının vaxtı açıqlandı
Yığmamız İngiltərə ilə eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər