"Keşlə" - "Qarabağ", "Zirə" - "Qəbələ" matçlarının vaxtı dəyişdirildi
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının VII turu ilə bağlı dəyişiklik edib.
Sportfm.az xəbər verir ki, dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.
Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.
Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib.
Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə keçirilməli olan “Zirə” – “Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin.
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.
Oxşar xəbərlər
"Sumqayıt" - "Qarabağ" matçının məkanı dəyişdirildi
"Qarabağ" ilk turda meydana çıxmayacaq - PFL onların istəyini müsbət cavabladı
“Neftçi” ilə matçın yeri dəyişdirildi - Oyun 8-ci km stadionunda keçiriləcək
PFL təqvimdə dəyişiklik etdi
"Neftçi" PFL-ə müraciət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası