Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rüfət Dadaşov həftənin ən yaxşısı seçildi
Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniya 3-cü Bundesliqasında 9-cu turun oyunçusu seçilib.
Sportfm.az xəbər verir ki, "Proyssen"in hücumçusu azarkeşlər arasında keçirilən sorğunun qalibi olub.
O, 5500 səsin 37 faizini toplayıb. "Kayzerslautern"in üzvü Kristian Kühlvetter 34 faiz səslə 2-ci, "Karlsrue"dən Anton Fink isə 17 faiz səslə 3-cü olub. Dadaşov 9-cu turda "Hanza Rostok"a qarşı matçda (4:1) het-trik edib. 29 yaşlı forvard geridə qalan 9 turda 5 qol və 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.
Oxşar xəbərlər
Dadaşov oynadı, komandasından heç-heçə - Regional Liqa
Rüfət Dadaşov het-trik etdi - Regional Liqa
Mövsümün ən yaxşı futbolçusu - Bundesliqa
Azərbaycanlı okeanın o tayında ən yaxşı futbolçu oldu - Seçim
Rüfət Dadaşov məhsuldar ötürmə ilə yadda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası