Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi
Almaniya 3-cü Liqasında 9-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Hanza”ya 4-1 hesabı ilə qalib gəlib.
Start heyətdə oyuna başlayan Rüfət 2, 6, 65-ci dəqiqələrdə fərqlənərək, het-trikə imza atıb. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.
Dadaşovun komandası 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Rüfət III Bundesliqada 9 oyuna 5 qol vurub.
Oxşar xəbərlər
Rüfət Dadaşova "göz dəydi"
Vüqar dubl etdi, komandası 6 qolla qalib gəldi
Dadaşov yenə alman azarkeşləri ayağa qaldırdı
Dadaşov het-trikə imza atdı
Millimizin üzvü Almaniyada qol vurdu - komandası qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası