Azərbaycan yığmasına rəqib komandanın heyəti açıqlandı
Sportfm.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsində Azərbaycan yığmasının ilk rəqibi olacaq ABŞ-ın qadın voleybolçulardan ibarət yığmasının heyəti açıqlanıb.
ABŞ qadın voleybol yığmasının heyəti: əlaqələndirici – Karli LLoyd, Mişa Henkok; hücumçular – Karsla Lou, Kelli Merfi, Mişel Bartç-Hekli, Kim Hill, Cordan Larson, Sara Uilhayt Parsons; blokçu – Reyçel Adams, Foluke Akinradevo, Tori Dikson, Loren Qibbemayer; libero – Meqan Kortni, Kelsi Robinson.
Xatırladaq ki, Foluke Akinradevo “Telekom”un sabiq oyunçusudur.
Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Növbəti oyunların vaxtı bəlli oldu - Azərbaycan çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı - FOTO
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır
Avro-2017: İtaliya Azərbaycanla oyundan sonra heyətini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası