Elvin Məmmədov məşqlərdən kənarda qaldı
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Qarabağ”la səfər qarşılaşmasının ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib.
Sportfm.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı kollektiv bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Keşlə” ilə qarşılaşmanın hazırlığına start verib.
Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib.
Bundan başqa əvəzedici heyətdən Fərid Kərimzadə və Əli Əliyev əsas komanda ilə birlikdə məşq edib. 1,5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması sentyabrın 23-də keçiriləcək.
Oxşar xəbərlər
“Sumqayıt” “Keşlə” ilə oyunun hazırlıqlarına başladı
"Sumqayıt" "Sabah"la oyun üçün hazırlığını davam etdirir
"Sumqayıt"ın zədəlilərinin son durumu
“Sumqayıt” hazırlaşır, Əfran məşqdə iştirak etmir
"Sumqayıt" Bakı klubu ilə oyuna hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası