"Azərsu" "Metrako Zaqlebie Lubin" ilə növbəti oyununu keçirdi
Azərbaycanın qadınlardan ibarət "Azərsu" həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışların birinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Metrako Zaqlebie Lubin" kollektivi ilə növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, "Hala Vidoviskovo Sportova" arenasında keçirilən qarşılaşmada nominal ev sahibi kimi çıxış edən komandamız bu dəfə də meydandan məğlub ayrılıb - 30:26. İki oyunun ümumi nəticəsinə görə 57:47 hesabı ilə qələbə qazanan polşalılar növbəti mərhələyə yüksəliblər. Təmsilçimiz isə mübarizəni birinci təsnifat mərhələsində dayandırıb.
Qeyd edək ki, görüşün baş hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov olub. EHF-i isə belaruslu Siarhei Kot təmsil edib.
Xatırladaq ki, "Metrako Zaqlebie Lubin" həndbolçuları "Azərsu" ya ilk oyunda 27:21 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
“Bakı” mübarizəni dayandırdı - EHF kuboku
Həndbolçularımız Avropa kuboku uğrunda ilk oyununu keçiridi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi
Həndbolçularımız İsveç klubuna məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası