Hücumçumuz Türkiyə klubundan ayrıldı
Azərbaycanlı hücumçu Şahin Əliyev Türkiyənin BAL Liqasında mübarizə aparan "Aydınspor 1923" klubundan ayrılıb.
Sportfm.az xəbər verir ki, hücumçu iyunda müqavilə imzaladığı klubdan imza haqqı olaraq, 70 min lirə (18 min 508 manat) manat almalı imiş. Lakin bir müddət keçəndən sonra həvəskar komanda Əliyevə 18 min lirə (6 min 610 manat) təklif edib. Bu vəziyyət isə Şahini hiddətləndirib. O, sözünün üzərində durmayan klub rəsmilərinə etiraz edərək, anlaşmanı ləğv edib.
Əliyevin agenti Rasim Yıldız Türkiyədə klub axtarışını davam etdirir/
Şahin karyerası ərzində "Sumqayıt", "Qarabağ", "Şüvəlan" və "Mil-Muğan"da çıxış edib. Gənc forvard iki dəfə əvəzedicilərin çempionatında bombardir olub.
Oxşar xəbərlər
"Fənərbaxça"ya ağır cəza - QƏRAR
PFL-in pulu azaldılıb
Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi - SİYAHI
Azərbaycanlı hücumçu Türkiyə klubunda
Türkiyə klubu azərbaycanlı idmançının xərcini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası