"Barselona"nın futbolçusu gecə klubunda hesabı ödəmək istəmədi
İspaniya "Barselona"sının futbolçusu Munir Əl-Həddadi ad gününü qeyd etdiyi elit gecə klubunda hesabı ödəmək istəməyib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu tədbirinə 30-dək qonaq çağırıb. Onlar çoxlu sayda yemək, içki və qəlyan sifariş ediblər. Hesab isə 16 min avro olub. Əl-Həddadi qəbzdəki rəqəmi gördükdə məbləğin xeyli çox olduğunu deyərək, ödənişdən imtina edib.
Bundan sonra klubun əməkdaşları polis çağırıblar. Onlar iddia ediblər ki, qonaqların sayı deyiləndən çox olub və bu da hesaba təsir edib. Yekunda məbləğ min avro aşağı salınıb və futbolçu pulu ödəyib.
Qeyd edək ki, Munir Əl-Həddadi 2011-ci ildən "Barselona"ya məxsus olsa da, əsas komandada bundan 3 il sonra debüt edib. Lakin heyətdə möhkəmlənə bilməməsi səbəbindən o, iki dəfə icarəyə verilib.
Oxşar xəbərlər
Dostları Dani Alveşdən imtina etdi - Borc vermədilər
Sabiq prezident hakimlərə pul verdi
"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi
"Barselona"dan 1 milyon 50 min avroya futbolçu aldılar
"Barselona"nın futbolçusu 800 min avro cərimə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası