Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lerikdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş futbol turniri keçirildi
Lerik rayon gənclər və idman idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə bələdiyyələrin, idarə, müəssisə və təşkilatların komandaları arasında futbol üzrə rayon birinciliyi keçirib.
Sportfm.az xəbər verir ki, turnirlə ilə əlaqədar idarədə təşkilat komitəsi yaradılıb və oyunların idarə olunması üçün hakimlər kollegiyası təsis edilib. Püşkatmanın nəticələrinə görə 20 bələdiyyə və müəssisə komandası 4 qrupda mübarizə aparıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi Lerik bələdiyyəsinin “Kanalik” komandası olub.
Qalib komandalara Lerik rayon gənclər və idman idarəsinin kubok və diplomları təqdim edilib.
Oxşar xəbərlər
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılıb
Taekvondoçular bu dəfə Ağsuda toplandı - FOTO
Kikboksçular Bərdədə yarışdı
Biləsuvar rayonunda veloyürüş keçirildi
Tovuzda futzal turnirinin qalibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası