reklam
Bernard Şalland:
Sportfm.az xəbər saytı

Bernard Şalland: "Bu, Azərbaycanla oyunda əsas silahımız ola bilər"


Millimizin UEFA Millətlər Liqasındakı rəqibi Kosovo millisi komandamızla oyunun hazırlıqlarına yekun vurub. 

Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Bernard Şalland millimizlə səfəröncəsi açıqlama verib. İsveçrəli mütəxəssis millimizi güclü vəaqressiv komanda adlandırıb: "Biz bu gün xətlərarası boşluq üzərində çox çalışdıq. Künc zərbələri bizim əsas silahımız ola bilər. Bunun üzərində çox yaxşı məşq etdik. Bizim köməyimizə dəyəcək. Cərimə zərbələri və penaltiləri də çalışmışıq. Komandamız Azərbaycanla səfər oyununa hazırdır. 3 gün ərzində 2 oyun keçirəcəyik ki, heyətdə rotasiyalar etməliyik. Fiziki cəhətdən hazırıq". 

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Kosovolular bundan 3 gün sonra Farer adaıarını qəbul edəcək. Millimiz isə səfərdə Maltanın qonağı olacaq.

Oxşar xəbərlər

"Azərbaycanla qarşılaşma final olacaq" - Bernard Şalland
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Rəqibimizin hazırlıq planı
Kosovonun baş məşqçisi: "Azərbaycana qalib gəlməliyik"
Qurban Qurbanovun 66 yaşlı rəqibi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər