Millimiz İsveçrədə 11 kubok qazandı -FOTO
İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində karateçilərimiz gözəl nəticə ilə yadda qalıb.
Sportfm.az xəbər verir ki,on idmançı ilə qatılan karate millimiz 11 kubok (bu yarışda medal əvəzinə kubok verirlər) qazanıb.
Belə ki, Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Rafiz Həsənov (67 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə bürünc kuboka yiyələnib.
Master Klassda (bu kateqoriyada bütün çəkilər mübarizə aparır) Şahin Atamov və İlahə Qasımova gümüş, İrina Zaretskaya bürünc kubok qazanıb.
Qeyd edək ki, karateçilərimiz İsveçrədə qalaraq Almaniyanın paytaxtı Berlində keçiriləcək Premyer Liqa yarışlarına hazırlaşacaq.
Oxşar xəbərlər
İdmançılarımız Madriddə mübarizəyə başlayır
Mərakeşdə Azərbaycanı 14 idmançı təmsil edəcək
9 azərbaycanlı Seriya A-da
Karate 1 Premyer Liqa seriyasına start verildi
Millimiz Premyer Liqa turnirinə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası