reklam
Türk futbolçu Yaponiya klubunda -
Sportfm.az xəbər saytı

Türk futbolçu Yaponiya klubunda -FOTO


"Konyaspor"la müqaviləsini ləvğ edən Eren Albayrak Yaponiya çempionatında oynayacaq.

Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu Yaponiyanın "Jubilo İvata" klubuna transfer olunub. Yeni klubu ilə 2,5 illik müqavilə imzaladığını söyləyən türkiyəli futbolçu, transferi haqqında da danışıb.

"Əvvəl menecerimlə görüşmüşdülər. Yaponiyada oynamaq variantı məni çox həyəcanlandırdı. Ailəm və təcrübəsinə güvəndiyim insanlarla danışdım. Karyeram üçün faydalı qərar verdik. Yaponiya çempionatında mövsümün ikinci yarısı davam edir, mövsümün sonuna 10 oyun qalıb. Ondan sonra iki ilim də var".

Eren Albayrak İlhan Mansızdan sonra Yaponiya çempionatında oynayacaq ilk türk futbolçudur. Hazırda Yaponiya çempionatında Andres İnyesta, Fernando Torres, Lukas Podolski kimi ulduzlar çıxış edir.

Oxşar xəbərlər

Kyuell Yaponiya klubunda
İnyesta yeni müqavilə imzaladı - Yaponiyada qalacaq
Türkiyədə heç kimə lazım olmadı - Gündoğar ölkəyə gedir
"Messi" "Real"da - FOTO
İnyesta Yaponiya klubu ilə razılaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər