reklam
Bakıda gender bərabərliyi üzrə ilk konfrans  keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda gender bərabərliyi üzrə ilk konfrans keçiriləcək


Beynəlxalq Cüdo Federasiyasının (İJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.

Sportfm.az xəbər verir ki, tədbir dünya çempionatı ərəfəsində qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşəcək.

Konfransa İJF prezidenti Marius Vizerdən əlavə, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filzmoser və digər şəxslər iştirak edəcəklər.

Sentyabrın 19-da “Hilton Hotel”də keçiriləcək konfrans saat 16:30-da start götürəcək və 19:00-dək davam edəcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Bakıda 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Oxşar xəbərlər

Badmintonda dəyişiklik edilib - Gender bərabərliyi
37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Bakıda bir ilk - gender bərabərliyinə həsr olunan beynəlxalq konfrans
Bakıda keçiriləcək dünya çempionatının saytı istifadəyə verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər