"Oyunları izləyirik, çalışırıq bütün oyunçuları nəzərimizdə saxlayaq" -Ramin Quliyev
“Komanda Qazaxstanda keçiriləcək “Prezident kuboku”na hazırlıq məqsədi ilə təlim-məşq toplanışına yığılıb. Bildiyiniz kimi, ölkə çempionatı hələ başlamayıb, amma klublarımız aralarında yoldaşlıq oyunları keçirir. Oyunları izləyirik, çalışırıq bütün oyunçuları nəzərimizdə saxlayaq".
Sportfm.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev hazırlıq çərçivəsində "Zirə"nin U-19 komandasına qalib gəldikləri oyundan sonra deyib. Mütəxəssis keyfiyyətli keyfiyyətli oyun sərgiləməyə çalışdıqlarını deyib:
"Komandada gücləndirilməsi lazım olan mövqelərə bir neçə yeni futbolçu dəvət etmişik. Bu oyun həm yeni oyunçuları sınamaq, həm də bəzi taktiki gedişlərimizi həyata keçirmək üçün yaxşı fürsət idi. Hazırda bizi hesabdan çox oyun keyfiyyətinin artırılması və uşaqların düzgün oynaması maraqlandırır. Uşaqlar yaxşı oynadılar, bir çox istədiyimizi meydançada həyata keçirdilər. Lakin nəticə bizi aldatmamalıdır. Səhvlər üzərində işləməli və daha da keyfiyyətli oyun sərgiləməyə çalışmalıyıq”.
Oxşar xəbərlər
De Byazidən futbolçularımız üçün təhqirə bərabər sözlər - "Komandada xarakter problemi var"
Samir Əliyev: "Kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var"
Ramin Quliyev: "Çalışacağıq ki, finalda da keyfiyyətli oyun sərgiləyək"
"Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi" - Ramin Quliyev
“Oyunlar komandadakı çatışmazlıqları görmək imkanı yaratdı” - Ramin Quliyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası