"Şerif"in kapitanı: "Qalib gəlməyə çalışacağıq"
"Bizi ağır oyun gözləyir. "Qarabağ" çox səviyyəli komandadır".
Sportfm.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ı qəbul edəcək "Şerif"in futbolçusu Mateo Suşiç deyib. Komandanın kapitanı "Qarabağ"ın nəyə qadir olduğunu bildiyini deyib: "Ötən mövsüm bu komanda ilə qarşılaşmışıq. Rəqibin nəyə qadir olduğunu bilirik. Bizim şansımız var. Ardıcıl 2 mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qalib gəlməyə çalışacağıq".
Bosniya və herseqovinalı futbolçu həm ev, həm də səfər görüşündə inamlı oynamaq istədiklərini bildirib: "Ötən mövsüm "Qarabağ"la ÇL-in III təsnifat mərhələsində qarşılaşdıq. İlk oyunumuzu Bakıda, cavab görüşünü isə evdə keçirmişdik. Lakin öz meydanımızda məğlub olmuşduq. Bu mövsüm avrokubok oyunlarında səfərdə inamlı çıxış etmirik. Bu dəfə həm səfərdə, həm də evdə yaxşı çıxış etmək istəyirik".
27 yaşlı futbolçu "Qarabağ"ı səviyyəli komanda adlandırıb: "Ötən mövsüm "Qarabağ" özünü yaxşı göstərdi. Rəqibin heyətində səviyyəli futbolçular var. Bu da onların necə güclü olduğunu göstərir".
Oxşar xəbərlər
APOEL-in baş məşqçisi: "Bu dəfə başqa cür olacaq"
"Vorskla" - "Qarabağ" FAKTLAR
Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
Qurban Qurbanov: "Danışmaq üçün tezdir"
Ansi Aqolli: "Zəif komanda öz ölkəsində çempion ola bilməz"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası