reklam
Vrbas rinqi boksçular üçün düşərli oldu -
Sportfm.az xəbər saytı

Vrbas rinqi boksçular üçün düşərli oldu -3 medal qazandıq


Azərbaycan boksçuları Serbiyanın Vrbas şəhərində yeniyetmələr arasında beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Milli.Az Report-a istinadən bildirir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi yığmanın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Əli Zamanovla (48 kq) və Əzrak Bəbirov (54 kq) isə bürünc medal qazanıblar. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.

Qeyd edək ki, Azərbaycan millisi 24 ölkənin iştirak etdiyi yarışa 8 boksçu ilə qatılıb.

Oxşar xəbərlər

Azərbaycan boksçuları 18 medal qazandı - Beynəlxalq turnir
Azərbaycan boksçularının 2022-ci ildə qazandıqları medalların sayı - 77
Qazaxıstandan 8 medalla qayıtdılar - FOTO
Boksçularımız Avropa birinciliyində medal qazandı - FOTO
Boksçularımız Avropa birinciliyində iki bürünc medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər