reklam
ŞAH turnirə mat etməklə başladı
Sportfm.az xəbər saytı

ŞAH turnirə mat etməklə başladı


Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb. 

Sportfm.az xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib. 

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq. 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Oxşar xəbərlər

Məmmədyarovdan qələbə, Rəcəbovdan bərabərlik - Çempionlar Turu
Şəhriyar Aronyana qalib gəldi - Çempionlar Turu
“Sinkfild kuboku” turnirində 3 qrossmeyster qalib gəldi
Yığmamızın lideri 300 min dollarlıq turnirdə
Azərbaycanlı qrossmeyster şahmat üzrə superturnirin III turunda heç-heçə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər