reklam
Şəhriyar Aronyana qalib gəldi -
Sportfm.az xəbər saytı

Şəhriyar Aronyana qalib gəldi -Çempionlar Turu


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk görüşlərini keçiriblər.
Sportfm.az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın 1-ci turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini 27-ci gedişdə qalib gəlib.

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə bərabərə qalıb. 
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. 

Oxşar xəbərlər

1/4 final mərhələsinə start veriləcək - Çempionlar Turu
"Geridönüş edəcəyimə ümidvaram" - Şəhriyar Məmmədyarov
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər