Azərbaycanlı futbolçu:""Mən içki düşkünü deyiləm"
"İnsanlar məni vecsiz içki düşkünü etdilər. Gəzməyə, haradasa oturmağa, içməyə gedə bilərdim. Lakin hər gün içməmişəm, çox içməmişəm. Bütün bunları jurnalistlər və çirkin dillər yayıblar. Mən içki düşkünü deyiləm".
Sportfm.az saytı report-a istinadən xəbər verir ki,bunu Ukrayna yığmasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev özü barədə spirtli içkidən sui-istifadəni sevən insan imici formalaşdırılmasına münasibət bildirərkən deyib. Əliyev bildirib ki, oyunu yox, şəxsi həyatı diqqət mərkəzində saxlanılıb: "Nəyə görə oyunumdan, vurduğum qollardan yazmırdılar? Yalnız alkoqol, alkoqol... Necə istəyirdimsə, elə də yaşayırdım. Mən qızıl insan deyiləm. Özümə rahatlıq verdim, lakin deyildiyi və yazıldığı kimi yox".
Qeyd edək ki, Aleksandr Əliyev Ukrayna yığmasında çıxış etdiyi vaxt 28 oyuna 6 qol vurub. O, hazırda Ukraynanın həvəskar "Xmelnitski" komandasında çıxış edir. Əliyevin babası Azərbaycan əsillidir.
Oxşar xəbərlər
Əliyev:"Məni Azərbaycanla heçnə bağlamır" - ETİRAF
Döyülən azərbaycanlı bu dəfə döymək istəyir - Boks olacaq
Azərbaycanlı futbolçu mer olmaq istəyir
Azərbaycanlı futbolçu məşqçiliyə başladı, ilk matçı uddu
Azərbaycanəsilli futbolçunu restoranda döydülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası