reklam
Millimizin oyunlarının vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

Millimizin oyunlarının vaxtı açıqlandı


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək. 

Sportal.az xəbər verir ki, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb. 

A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq. 

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək. 

25 avqust

16:00. Qırğızıstan - Azərbaycan 

26 avqust

16:00. Azərbaycan - Qazaxıstan

Oxşar xəbərlər

Millimizin heyəti və oyunlarının vaxtı açıqlandı
Millimizin rəqibləri bəlli oldu
Azərbaycan yığması "Slovakia Cup 2018"də
Qurban Qurbanovun oğlu qol vurdu, yığmamız qələbə qazandı
Yığmamız Qazaxıstanda 5-ci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər