reklam
İbrahimzadəni heyətinə qatan
Sportfm.az xəbər saytı

İbrahimzadəni heyətinə qatan "Araz" yığmamızın daha bir üzvü ilə vidalaşdı


Yeni mövsümə və UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz” futzal klubu növbəti transferini reallaşdırıb.

Sportfm.az xəbər verir ki, son ölkə çempionu “İtaldizain” klubundan Ruzigar İbrahimzadəni heyətinə qatıb. Bununla da legionerlərdən imtina edən “Araz”ın düşərgəsindəki futzalçıların sayı 14-ə çatıb. İsa Atayev, Xətai Bağırov, Oktay Rüstəmli, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Adil İsmayılov, Kənan Manafov, Elşən İbrahimxəlilov, Emin Mikayılovla yanaşı, 3 qapıçı da məşqlərdə iştirak edir. Söhbət Rövşən Hüseynli ilə yanaşı, “Marafon Futsal”dan transfer edilən Kamran Hacıyev və U-17-nin üzvü Vladislav Reznovdan gedir. Ötən mövsüm Naxçıvan təmsilçisinin heyətində top qovan, millimizin üzvü olan əlcək sahibi Anar Məmmədovla isə yollar ayrılıb. Qeyd edək ki, “Sibiryak-2”dən baxışa dəvət edilən Emin Mikayılovun komandada qalıb-qalmayacağına isə yaxın günlərdə aydınlıq gətiriləcək.

Oxşar xəbərlər

EKOL-un iki oyunçusu "Araz"ın heyətində
Millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlandı
"Araz" Emini baxışa dəvət etdi
Alesio Kamranı millidə saxladı
Futzal yığmamız Bakı İdman Sarayında məşq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər