Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaur Svanadze: “Nəticə oyuna görə oldu”
"Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə daha yaxşı təsir bağışladıq. "Qəbələ” yaxşı komandadı, Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Topaz Premyer Liqasının II turu çərçivəsində səfərdə "Qəbələ” ilə qarşılaşan "bankirlər”in gürcü çalışdırıcısı qolsuz bərabərliklə bitən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, nəticə oyuna görə oldu?
- Rəqib ərazi üstünlüyünə malik olsa da, o qədər də təhlükəli vəziyyətlər yaratmadılar. Məncə, nəticə oyuna görə oldu.
- "İnter”i çempionluğa namizdələrdən hesab etmək olar?
- Hələ ki, çempionatın əvvəlidi. Bu barədə nəsə demək çətindi.
- Sizcə, "Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa "Qəbələ”yə?
- İstəməzdik ki, ilk iki turda bu komandalara qarşı oynayaq. Hər iki komandaya qarşı oynamaq çətindi.
- Ağabala Ramazanov epizodların birində Ürfan Abbasovu vursa da, hakim bu epizodu görmədi. Onun bu hərəkətinə münasibətiniz necədi?
- Həmin epizodu görmədim. Təkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Təbii ki, rəqibi vurubsa, onunla söhbət edəcəyik.
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Həmin epizoda çox uzaq idim. Buna görə, dəqiq bir şey deyə bilməyəcəm.
Oxşar xəbərlər
Emin Mahmudov: Oynamaq daha asan oldu
Zaur Svanadze:"Onların gedişi ciddi təsir edib"
Zaur Svanadze: "Toplanış komanda üçün faydalı oldu"
"İnter"in baş məşqçisi: "Şişirdiləsi bir şey yoxdur"
Zaur Svanadze: "Oyunun pozitiv alındığını hesab etmək olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası