reklam
Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi


Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mateuş Polski (Polşa) ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub.

Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib - 0:3.

1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.

Oxşar xəbərlər

Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Üç lisenziyadan sonra Barabanov idmançımızın "yolunu kəsməyə" çalışacaq
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər