reklam
Sportfm.az xəbər saytı

"Futbolçulara çox ciddi tapşırıqlar verəcəyik" -Vüqar Məmməd


"Bu oyunla təlim-məşq toplanışını yekunlaşdırdıq. Sabah bərpa məşqindən sonra futbolçular klublarına yola salınacaqlar. Təlim-məşq toplanışı başa çatdığına görə, bugünkü oyunun analizini hər bir futbolçunun özünə göndərəcəyik" 

Sportfm.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd “Şüvəlan”a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşünü şərh edərkən deyib. Mütəxəssis hücum xəttində görüləsi işlərin olduğunu vurğulayıb:

“Rəqib I Divizionun təcrübəli və güclü komandalarından biridi. Bu oyunu da toplanış çərçivəsində keçirdiyimiz digər qarşılaşmalar kimi qələbə ilə başa vurduq. Bütün futbolçularımdan razı qaldım. Onlar hər görüşə final oyunu kimi çıxdılar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Komanda oyundan - oyuna bütün komponentlərdə artırır, amma hücumda taktiki baxımdan görüləsi işlərimiz qalıb. Keçirdiyimiz bütün oyunlarda qollar vursaq da, bu istiqamətdə çalışmalıyıq. İrəlidə çox əhəmiyyətli turnirdə iştirak edəcəyik. Bütün futbolçulara çox ciddi tapşırıqlar verəcəyik. Onlar da öz növbəsində, klublarında mütləq əsas heyətin futbolçuları olmalıdırlar. Çox şükür ki, futbolçular toplanışı zədəsiz başa vurdular. Hamısına uğurlar arzulayıram. Daim nəzarətimiz altında olacaqlar”.

Oxşar xəbərlər

Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
Millimizin baş məşqçisi: "Müəyyən işlərimiz qalıb"
Millimizin baş məşqçisi: "Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik"
Millimizin baş məşqçisi: "Səhvlərimizin üzərində işləyəcəyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər