Millimizin baş məşqçisi:"Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik"
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vüqar Məmməd ötən gün “Qəbələ”nin əvəzedici komandasına qarşı keçirdikləri yoxlama oyunu (3:0) barədə danışıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis futbolçuların tapşırıqları yerinə yetirdiklərini dilə gətirib:
“Futbolçularımı növbəti qələbə münasibəti ilə təbrik edirəm. Onlar oyunda verilən tapşırığı maksimum yerinə yetirdilər. Proqrama əsasən, Avropa çempionatının seçmə mərhələsi öncəsi bu təlim-məşq toplanışında işimizin böyük qismini görməliyik. Əsas məqam odu ki, komanda şəklində heç bir boşluq buraxmadan səylə, çox ciddi çalışırıq. Futbolçulardan Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik və o, oyundan sonra düşərgədən ayrıldı. Ona komandasında uğurlar arzu edirəm. Futbolçular istər milli komandanın düşərgəsində, istər öz komandalarında olsun, daim diqqətimizdə olacaqlar. Növbəti çətin oyunlara hazırlaşacağıq”.
Oxşar xəbərlər
"Almaniyadan daha çox qaçdıq" - Vüqar Məmməd
Vüqar Məmməd: "Oyunda müəyyən çatışmayan nüanslar oldu"
"Futbolçulara çox ciddi tapşırıqlar verəcəyik" - Vüqar Məmməd
“Komandanın inkişaf etdiyinin şahidi oluruq” - Vüqar Məmməd
Millimizin baş məşqçisi: "Səhvlərimizin üzərində işləyəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası