reklam
Sportfm.az xəbər saytı

"Atası canımı boğazıma yığıb" -Ramin Musayev


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra təşkil edilən mətbuat konfransıda oyun alğı-satqısı ilə bağlı danışıb.

Sportfm.az xəbər verir ki, qurum rəhbəri bu işlə məşğul olan futbolçulardan birinin adını açıqlayıb: 

“I Divizionda iştirak etməyəcək klublar danışılmış oyunlarla bağlı UEFA-dan gələn hesabatda yer alanlardır. Ola bilər ki, hanısasa komandanın adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harda qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın. Hazırda klub rəsmiləri, futbolçular dəvət olunur, sorğu-sual aparılır. Yaxın vaxtlarda səsi çıxacaq”.

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı növbəti seminar - AFFA
Danışılmış oyunlarla bağlı görüş keçirildi
Milli üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
"Onları birbaşa qəbul edərdik" - PFL prezidenti
Azərbaycanda futbolçunun etirafı...“Məşqdən sonra gündəlik 5 manata çayxanada işləyən adamam”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər