Nicat Rəhimovdan Qazaxıstana ilk olimpiya qızılı
Azərbaycanlı idmançı Nicat Rəhimov Rio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstan yığmasının şərəfini qoruyan həmyerlimiz bu uğura ağırlıqqaldırma yarışlarında imza atıb. 77 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov birdən qaldırmada öncə 160 kq, ardınca 165 kq çəkini ram edib. O, 3-cü yanaşmasında 168 kq çəkinin öhdəsindən gələ bilməsə də, bu hərəkətlərdə kiçik bürünclə kifayətlənib. Birdən qaldırmada isə London-2012-nin qalibi olan çinli Lyu Siaoyun 177 kq çəkini ram etməklə, dünya və Olimpiya rekordu müəyyənləşdirib. Rəhimov ondan 12 kq geri qalsa da, ardınca bu fərqi aradan qaldırıb. O, təkanla qaldırma hərəkətlərində yeni tarix yazıb. Birinci cəhdində 202 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz ardınca 214 kq çəkini qaldırmaqda da çətinlik çəkməyib. Bununla, yeni dünya və Olimpiya rekordu vuran Rəhimov bu hərəkətdə kiçik "qızıl”ı qazanmaqla yanaşı, ümumi nəticədə (165 kq + 214 kq = 379 kq) çinliyə çatıb. Öz çəkisi rəqibindən cəmi 64 qr yüngül olan Nicat bu göstərici ilə Olimpiya qızılını rəsmiləşdirib. Bu, həm də Qazaxıstanın Rioda qazandığı ilk medalı olub.
Altıq Olimpiya çempionu olduğu üçün həmyerlimiz üçüncü yanaşmasına ehtiyac görməyib. Hərçənd o, 1 kq artıq çəkini qaldırmaqla, 2 hərəkətin cəmində də dünya və Olimpiya rekordu vuracaqdı. Beləliklə, Azərbaycandan incik ayrılan həmyerlimiz Qazaxıstan yığmasının heyətində dünya çempionluğunun ardından Olimpiada "qızıl”ına da yiyələnib. Rioda bu çəkidə ikinci yeri Siaoyun (177 kq + 202 kq = 379 kq), üçüncü yeri misirli Youssef Mahmud (165 kq + 196 kq = 361 kq) tutub.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığmasından imtina edərək, Qazaxıstanı seçən 23 yaşlı ağırlıqqaldıran ölkəmizə Sinqapur Yay Olimpiya Oyunlarının qızıl medalını qazandırıb. O, həmin ildə - 2010-cu ildə Avropa çempionu tituluna da yiyələnib.
Biz İzləyin
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu 17.04.2024, 22:10
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi 17.04.2024, 21:14
"İrəvan" 2-6 "Şamaxı" - VİDEO 17.04.2024, 19:52
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb 17.04.2024, 19:47
"Şamaxı" və MOİK qələbə qazandı - I Liqa 17.04.2024, 18:43
Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu 17.04.2024, 18:38
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi 17.04.2024, 17:44
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır 17.04.2024, 17:36
Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI 17.04.2024, 16:31
Misli Premyer Liqası
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |