reklam
Azərbaycanlı futbolçu:
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu:"O məşqçini yaxşıca döyərdim"


Futbol üzrə Ukrayna yığmasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev keçmiş komanda yoldaşı Artyom Milevskinin Brest "Dinamo"sunu tərk etməsini şərh edib. 

Sportfm.az xəbər verir ki, azərbaycan əsilli futbolçu Milevskinin Belarus klubundan qovulmasını haqsızlıq adlandırıb:"Guya Artyom rejimə əməl etməyib. Belə bir şey yoxdur. Mən onun özü ilə danışmışam. Sadəcə yeni gənc baş məşqçi gəlib və Artyomu yola salıb. Çalışdırıcı günahı özündə axtarmalıdı. Onun tanınmış futbolçu ilə işləmək üçün xarakteri yoxdur. Mən Milevskinin yerinə olsaydım, o məşqçini yaxşıca döyərdim. Bu Milevskiyə qarşı böyük haqsızlıqdır".

Qeyd edək ki, Əliyev artıq bir dəfə baş məşqçini əzişdirib. Belə ki, Qazaxıstan "Taraz"ında çıxış etdiyi zaman Əliyev o zaman klubun baş məşqçisi olan Yuri Maksimovu döyərək, komandadan uzaqlaşdırılıb. 

Oxşar xəbərlər

Millinin sabiq futbolçusunun vəziyyəti pisləşdi
Əliyev:"Məni Azərbaycanla heçnə bağlamır" - ETİRAF
Döyülən azərbaycanlı bu dəfə döymək istəyir - Boks olacaq
Azərbaycanlı futbolçu mer olmaq istəyir
Azərbaycanlı futbolçu məşqçiliyə başladı, ilk matçı uddu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər