reklam
“Çağırış kuboku”nda keçiriləcək oyunların vaxtı müəyyənləşdi
Sportfm.az xəbər saytı

“Çağırış kuboku”nda keçiriləcək oyunların vaxtı müəyyənləşdi


Azərbaycanın kişilərdən ibarət “Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, təmsilçimiz oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə üz-üzə gələcək. Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçiriləcək matçı ukraynalı Anatoli Novikov və Valeri Rozkov idarə edəcəklər. Görüşdə hakimlərin idarəçiliyini EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev qiymətləndirəcək.

Komandalar arasında cavab matçının oktyabrın 14-də əvvəlcədən razılaşdırıldığı kimi Bosniya və Herseqovinada keçirilməsi nəzərdə tutulub. “Bakı” kollektivi ilk oyunda meydana nominal ev sahibi kimi çıxacaq. Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.

Oxşar xəbərlər

“Bakı” mübarizəni dayandırdı - EHF kuboku
Həndbolçularımız Avropa kuboku uğrunda ilk oyununu keçiridi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
Həndbolçularımız İsveç klubuna məğlub oldu
“Azəryol”-“Kristianstad” oyununu ukraynalı hakimlər idarə edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər