reklam
Rio-2016: Abdullayev uduzdu
Sportfm.az xəbər saytı

Rio-2016: Abdullayev uduzdu


 
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib. Sportfm.az saytının məlumatına görə, tarixində ilk dəfə mötəbər turnirdə tam heyətlə təmsil olunan Azərbaycan yığmasının üzvü Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxıb. İlk qarşılaşmasında fransalı Pol Omba Bionqoloya texniki nokautla qalib gələn boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla gücünü yoxlayıb. Görüş təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
  
Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Onlardan hələlik rinqə çıxan Rüfət Hüseynov (49 kq) mübarizəni dayandırsa da, Albert Səlimov (60 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da ilk görüşünü qələbə ilə başa vurub.
 

Oxşar xəbərlər

Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Məhəmmədrəsul Məcidov çıxışını başa vurdu
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Rio-2016: Abdulqadir Abdullayev nakautla qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər