Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Abdulqadir Abdullayev nakautla qalib gəldi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə möhtəşəm yarışda tam heyətlə təmsil olunan boks yığmamızın daha bir üzvü – Abdulqadir Abdullayev rinqə çıxıb. 91 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verib. Avropa Oyunlarının qızıl mükafatçısının rəqibi fransalı Pol Omba Bionqolo olub. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Rəqibinə ilk iki raundda şans verməyən Abdullayev daha sonra fransız idmançının zədələnməsi səbəbindən texniki nakautla qələbə qazanıb.
Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. 49 kq çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kq-da çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə start verib.
Oxşar xəbərlər
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016: Abdullayev uduzdu
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı
Rio-2016: IV gün üçün Azərbaycan idmançılarının təqvimi
Rio-2016: Teymur Məmmədov 1/8 finalda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası