reklam
Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar
Sportfm.az xəbər saytı

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar


Rio-de-Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.  Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər. İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək.

Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və "Rio-2016” Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.
Mənbə: Azərtac

Oxşar xəbərlər

Rüstəm Orucov və Orxan Səfərov ingilislərə dərs keçəcəklər
Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib -FOTO
"İdmançılarımızla bağlı proqnozlarımız optimistdir"
EKSKLÜZİV: Gümüş medalçımız Rüstəm Orucovun ilk müsahibəsi - VİDEO
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər