reklam
Premyer Liqanın ən yaxşı futbolçusu transferə çıxarıldı
Sportfm.az xəbər saytı

Premyer Liqanın ən yaxşı futbolçusu transferə çıxarıldı


“Sumqayıt” klubu Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transferə çıxarıb.

Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb. “İmamverdiyev “Sumqayıt”da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir” deyə mətbuat katibi Rəşad Məmmədov bildirib. 

Qeyd edək ki, Cavid İmamverdiyev “Sumqayıt”a ötən yay “Neftçi”dən keçib. O, İdman Araşdırmalar Mərkəzinin Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında apardığı sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Oxşar xəbərlər

Cavid İmamverdiyev divizion klubunda - Müqavilə
Cavid İmamverdiyev "Keşlə"də - RƏSMİ
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
"Sumqayıt" millimizin üzvünü transferə çıxardı
Cavid İmamverdiyev tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər