reklam
Braziliyada yeni moda -
Sportfm.az xəbər saytı

Braziliyada yeni moda -futbolçunu ölümlə hədələmək


Braziliya Futbol Konfederasiyası yığmanın üzvü Fernandinyoya qarşı hücumlarla bağlı müraciət yayıb.

Sportfm.az xəbər verir ki, Fernandinyo və ailəsi sosial şəbəkələrdə təhqir olunur, hədələnir. O, DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqolla yadda qalmışdı. Braziliya mübarizəni dayandırdıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Fernandinyonu "qurbanlıq" seçiblər.

Federasiyanın məsələ ilə bağlı yaydığı müraciətdə deyilir:

"Braziliya Futbol Konfederasiyası Fernandinyoya və ailəsinə olan irqçi hücumları pisləyir. Futbol özündə vahid rəngi, insanların mədəniyyətlərini birləşdirir. Hücumları dayandırın. Biz səninləyik, Fernandinyo. İrqçilik qalib gələ bilməz!"

Oxşar xəbərlər

Braziliya Futbol Konfederasiyası məhkəməyə verildi - Pişiyə görə
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı
UEFA boykota qoşuldu
DÇ-2018: Belçika yarımfinalda, Braziliya evə dönür
Braziliya millisində yeni kapitan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər