reklam
İngiltərə Premyer Liqasında yeni rekord
Sportfm.az xəbər saytı

İngiltərə Premyer Liqasında yeni rekord


Bu yay İngiltərə Premyer Liqasının klubları transferlərə 1,15 milyard funt sterlinq (1,35 milyard avro) avro xərcləyərək futbol tarixində yeni rekorda imza atıblar. Sportfm.az xəbər verir ki, bu, 2015-ci ilin yay transferlərinə xərclənən vəsaitdən 114 milyon funt sterlinq (134 milyon avro) çoxdur. "Mançester Yunayted” klubu fransalı yarımmüdafiəçi Pol Poqba üçün İtaliyanın "Yuventus” klubuna 105 milyon avro ödəyərək futbol tarixində ən bahalı transferi gerçəkləşdirib. Bundan əvvəl dünyanın ən bahalı futbolçusu uelsli Qaret Beyl idi. O, "Tottenhem”dən 100 milyon avro qarşılığında "Real”a keçmişdi.

Qeyd edək ki, Avropada yay transfer pəncərəsi avqustun 31-dən sentyabrın 1-ə keçən gecə bağlanıb.

Oxşar xəbərlər

Transfer üçün xərclənən pulların məbləği pik həddə çatdı - REKORD
Dünyanın ən bahalı futbol brendləri - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Futbol tarixinin 10 ən bahalı transferi
Pol Poqba rəsmən "Mançester Yunayted"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər