Həndbol üzrə Avropa çempionatı başa çatdı
İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli komandası sonuncu oyun günündə Gürcüstan yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 23:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionatın qızıl medalına finalda Fransa kollektivini 31:30 hesabı ilə məğlub edən Macarıstan millisi sahib olub. İlk üçlüyü İsveçrədən 26:18 hesabı ilə üstün olan Rumıniya təmsilçiləri qapayıblar. Azərbaycan həndbolçuları isə turnirdə 20-ci yerdə qərarlaşıblar.
Yarışda ilk yeddi yeri tutan Macarıstan, Fransa, Rumıniya, İsveçrə, Çexiya, Niderland və İspaniya yığmaları gələn il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına vəsiqə qazanıblar.
Oxşar xəbərlər
Bakıda Avropa Çempionatı - Həndbol üzrə
Həndbol üzrə Azərbaycan yığması yarımfinala çıxa bilmədi
Həndbolçularımız Finlandiya təmsilçilərini məğlub etdi
Həndbolçularımız Fransa və Finlandiya təmsilçiləri ilə qarşılaşacaqlar
Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası















Misli Premyer Liqası