reklam
Futbolçumuz ermənilərlə üz-üzə
Sportfm.az xəbər saytı

Futbolçumuz ermənilərlə üz-üzə


Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" klubu təlim-məşq toplanışı üçün Bolqarıstana yollanıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, komanda 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama görüşü keçirəcək.

Rəqiblər yerli komandalar "Beroe", "Çerno More", həmçinin "Anortosis" (Kipr), "Levski" (Bolqarıstan) və "Banants"dı (Ermənistan). Bir rəqibin kimliyi hələ bəlli deyil.

Paşayevin komandası ermənilərlə iyulun 1-də üz-üzə gələcək. Bəzi oyunçuları Ukraynada saxlayan "Aleksandriya"nın məşqçilər korpusu yığmamızın üzvünü də Bolqarıstana aparıb.

 

 

Oxşar xəbərlər

Paşayev yoxlama matçında oynadı - "Aleksandriya" qələbə qazandı
Pavel Paşayevin komandası 5 qol buraxdı
Paşayevin komandası kuboka vəda etdi
Millimizin üzvü növbəti oyuna çıxdı
Millimizin üzvü "Anderlext"ə qarşı oynadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər